Trampdan mesaj: "Hörmüz ABŞ üçün prioritet deyil"
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Prezidenti Donald Trump Hörmüz boğazı ətrafında yaranmış gərginliyə münasibət bildirərək diqqətçəkən açıqlama verib.
BAKU.WS xəbər verir ki, Ağ Evdə xalqa müraciəti zamanı çıxış edən Tramp vurğulayıb ki, ABŞ enerji təchizatı baxımından Hörmüz boğazından asılı deyil və bu marşrut ölkə üçün həyati əhəmiyyət daşımır.
Onun sözlərinə görə, boğaz vasitəsilə neft idxal edən əsas ölkələr təhlükəsizliyin təmin olunmasında daha aktiv rol oynamalıdır: "ABŞ faktiki olaraq bu marşrutdan neft almır və gələcəkdə də buna ehtiyac duymur. Hörmüzün taleyi məhz bu yoldan istifadə edən dövlətləri daha çox narahat etməlidir".
Tramp əlavə edib ki, Vaşinqton lazım gəldiyi halda dəstək verməyə hazırdır, lakin əsas məsuliyyət enerji baxımından bu bölgədən asılı olan ölkələrin üzərinə düşür.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...