Trampdan İrana sərt mesaj: "Danışıqlara ehtiyacımız yoxdur, xəritə dəyişə bilər"

Trampdan İrana sərt mesaj: Danışıqlara ehtiyacımız yoxdur, xəritə dəyişə bilər
Dünya 58

ABŞ Prezidenti Donald Tramp İranla bağlı yeni açıqlamalar verib və Vaşinqtonun Tehranla danışıqlar aparmaq niyyətində olmadığını bildirib.

BAKU.WS xəbər verir ki, ABŞ lideri jurnalistlərlə söhbətində qeyd edib ki, İran tərəfi münaqişəni diplomatik yolla həll etmək istəyə bilər, lakin hazırda ABŞ buna ehtiyac duymur.

Onun sözlərinə görə, rəsmi Tehran danışıqlara maraq göstərsə də, Vaşinqton belə bir prosesə başlamağı planlaşdırmır.

Tramp həmçinin İranın cənub bölgəsində yerləşən qızlar məktəbinə edilən hücumla bağlı da fikirlərini açıqlayıb. O bildirib ki, mövcud məlumatlara əsasən həmin hücumun arxasında İranın dayandığını düşünür.

ABŞ prezidentinin sözlərinə görə, administrasiya hazırda İrana qarşı quru qoşunlarının göndərilməsini planlaşdırmır. Bununla belə, o, belə bir ssenarinin gələcəkdə istisna edilmədiyini də vurğulayıb.

Münaqişə başa çatdıqdan sonra İran xəritəsinin dəyişib-dəyişməyəcəyi ilə bağlı suala cavab verən Tramp bununla bağlı dəqiq fikir bildirməyib. O, yalnız belə bir ehtimalın mümkün olduğunu qeyd edib.

Son xəbərlər