Tramp xarici yardımda milyardlarla dolları dondurmağa çalışır

Tramp xarici yardımda milyardlarla dolları dondurmağa çalışır
Dünya 65

ABŞ Prezidenti Donald Trampın administrasiyası Ali Məhkəmədən hökumətin əvvəllər Konqresin xarici yardım üçün ayırdığı milyardlarla dolların dondurulması qərarını qüvvədə saxlamağı xahiş edib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, müvafiq vəsatət administrasiya nümayəndələri tərəfindən təqdim edilib. Bu, 5 sentyabr tarixində Vaşinqtonda apellyasiya məhkəməsinin hakimiyyət orqanlarının tərəfində durmaqdan imtina etməsindən sonra baş verib. Aşağı instansiya məhkəməsinin qərarına əsasən, Tramp administrasiyası 30 sentyabra - yəni cari maliyyə ilinin sonuna qədər - ABŞ Konqresi tərəfindən əvvəlcədən təsdiqlənmiş xarici yardımların göstərilməsi üçün ayrılmış azı 4 milyard dolları xərcləməlidir.

"The Washington Post" qəzeti isə öz növbəsində qeyd edir ki, vəsaitlərin ərzaq, dərman preparatlarının tədarükünə, həmçinin "inkişafa yardım" göstərilməsinə yönəldilməsi nəzərdə tutulur. Məhkəmə araşdırması daha 6,5 milyard dollar dəyərində xarici yardım vəsaitini də əhatə edir, lakin nəşrin yazdığına görə, ABŞ Ədliyyə Nazirliyi əvvəlcə bu vəsaitin müəyyən olunmuş müddət ərzində xərclənəcəyini bəyan edib.

Oxşar xəbərlər

Belarusda VKontakte sosial şəbəkəsi BLOKLANDI

Belarusda VKontakte sosial şəbəkəsi BLOKLANDI

Belarusda "VKontakte" sosial şəbəkəsinə giriş bloklanıb. BAKU.WS xəbər verir ki, bu barədə Belarusun Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə tabe ola...

38 Dünya 22:55 24 oktyabr 2025

Son xəbərlər