Tramp Venesuelaya qarşı ikinci hücum dalğasını ləğv edib
ABŞ prezidenti Donald Tramp Venesuelaya qarşı planlaşdırılan ikinci hücum dalğasını ləğv edib.
BAKU.WS xəbər verir ki, o, bu qərarını Karakasın Vaşinqtonla əməkdaşlığa razılaşması ilə izah edib.
"ABŞ və Venesuela yaxşı əməkdaşlıq edir, xüsusilə də neft-qaz infrastrukturunun daha böyük, daha yaxşı və müasir formada bərpası məsələsində", – deyə Tramp "Truth Social" şəbəkəsində yazıb.
ABŞ lideri əlavə edib ki, bu layihəyə ən iri neft şirkətləri tərəfindən 100 milyard dollar investisiya qoyulacaq.
Xatırladaq ki, ABŞ yanvarın 3-də Venesuelada hərbi əməliyyat keçirərək genişmiqyaslı zərbələr endirib və ölkə prezidenti Nikolas Maduronu həyat yoldaşı Silia Floreslə birlikdə saxlayıb. Venesuela liderinin ABŞ-də narkotiklə bağlı cinayətlərə görə mühakimə olunur.
Oxşar xəbərlər
Pezeşkian dəstək mitinqinə qatılan iranlılara təşəkkür edib
İran Prezidenti Məsud Pezeşkian onu dəstəkləmək məqsədilə keçirilən kütləvi aksiyalarda iştirak edən vətəndaşlara təşəkkür edib. BAKU.WS xəbər verir ki, Prezide...