Tramp və Zelenski arasında "ərazi mübadiləsi" müzakirə olunacaq
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ prezidenti Donald Tramp yaxın günlərdə Ukrayna prezidenti Volodimir Zelenski ilə keçiriləcək görüşdə münaqişənin həlli yollarını, o cümlədən ərazilərin mübadiləsi məsələsini gündəmə gətirməyi planlaşdırır.
BAKU.WS xəbər verir ki, bu barədə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff CNN-ə açıqlamasında məlumat verib.
Onun sözlərinə görə, tərəflər əsas müzakirə mövzusu kimi Rusiya və Ukrayna arasında ərazilərin dəyişdirilməsi imkanlarını nəzərdən keçirəcəklər:
"Əsas məsələ Ukrayna münaqişəsinin həlli üçün ərazilərin mübadiləsi olacaq. Bazar ertəsi bu istiqamətdə danışıqlar aparmağı planlaşdırırıq. Ümid edirik ki, mövzuda müəyyən aydınlıq yaranacaq və sonda proses sülh sazişi ilə yekunlaşacaq".
Oxşar xəbərlər
FES uçot dərəcəsini 4 % səviyyəsində saxlayıb
ABŞ-nin Federal Ehtiyat Sistemi (FES) Vaşinqton administrasiyasının tələbinə uyğun olaraq uçot dərəcəsini azaltmayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki...