Tramp və Pedro Sançes dünya çempionatının finalında ilk dəfə üz-üzə gəldi
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Prezidenti Donald Tramp və İspaniyanın Baş naziri Pedro Sançes son dövrlərdə yaşanan diplomatik gərginlikdən sonra futbol üzrə dünya çempionatının finalında ilk dəfə bir araya gəlib.
BAKU.WS xəbər verir ki, ABŞ-ın Nyu-Cersi ştatındakı "MetLife" stadionunda keçirilən İspaniya–Argentina final matçından əvvəl iki lider protokol tribunasında əl sıxaraq qısa söhbət ediblər.
Qeyd edək ki, Tramp və Sançes arasında münasibətlər son aylarda NATO-nun müdafiə xərcləri, ticarət siyasəti və İran məsələsinə fərqli yanaşmalar səbəbindən gərginləşmişdi. ABŞ Prezidenti İspaniyanın müdafiə büdcəsini artırmamasını tənqid etmiş, hətta Madridi ticarət məhdudiyyətləri ilə hədələmişdi.
Buna baxmayaraq, liderlərin final matçında əl sıxması beynəlxalq mediada diqqət çəkib. İspaniya mətbuatı görüşü "ən azı bir axşamlıq fikir ayrılıqlarını kənara qoydular" kimi dəyərləndirib və bu anı finalın ən yaddaqalan diplomatik görüntülərindən biri adlandırıb.
Oxşar xəbərlər
İqlim dəyişikliyi qlobal sağlamlıq böhranına çevrilir: Hər il yüz minlərlə insan ölür
İqlim dəyişikliyinin insan sağlamlığına mənfi təsirləri sürətlə artır. 2026-cı il "Lancet Geri Sayım" hesabatında ekstremal istilərin və quraqlığın yaratdığı tə...