Tramp: Ukraynada vəziyyət nizamlanmaya doğru gedir
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ prezidenti Donald Tramp hesab edir ki, Ukraynada atəşkəs və münaqişənin həlli ilə bağlı razılaşmaların əldə olunması prosesi nizamlanmaya doğru yaxınlaşır.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, Amerika lideri bunu Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.
"Gəlin görək buna nail ola bilərikmi? Düşünürəm ki, buna nail olmaq üçün həqiqətən yaxşı şansımız var. İndi hər şey nizamlanmaya doğru gedir".
"Rusiyanın münaqişənin həlli ilə bağlı ABŞ-ı aldatmağa cəhd edib-etmədiyi" sualına Tramp belə cavab verib: "Heç kim heç kimlə oynamır".
O, bütün tərəflərin ruh yüksəkliyi nümayiş etdirdiyinə əminliyini ifadə edib.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...