Tramp: Ukrayna ilə bağlı danışıqlarda ərazilər mövzusu müzakirə olunur

12
mar
2025
23:36
Ukraynada nizamlanma üzrə danışıqların iştirakçıları təkcə atəşkəslə bağlı deyil, həm ərazilər mövzusunu müzakirə edirlər.
"Report" xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Ağ Evdə İrlandiyanın baş naziri Maykl Martinlə görüşündə deyib.
"Ərazilər və digər əlaqəli məsələləri də müzakirə etdik. Bir çox detallar müzakirə olunur",-deyən ABŞ lideri təfərrüatları açıqlamayıb.
O, Ukrayna üçün müzakirə olunan atəşkəs imkanlarından və digər təkliflərdən danışaraq əlavə edib: "Düşünürəm ki, bu, Rusiya üçün məna kəsb edir. Rusiya üçün də bir çox mənfi cəhətlər var".
Oxşar xəbərlər
Mixail Saakaşvili ona oxunan hökmə münasibət bildirdi: "Ömürlük həbsə məhkum edildim"
Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Tbilisi şəhər məhkəməsinin doqquzillik hökmünə münasibət bildirib. Oxu.Az-ın gazeta.ru-ya istinadən məlumatına g...
