Tramp Suriya ilə bağlı vacib açıqlama verəcək

Tramp Suriya ilə bağlı vacib açıqlama verəcək
Dünya 26

ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla görüşündə tezliklə Suriya ilə bağlı vacib bəyanat verəcəyini vəd edib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, Tramp Qətər, Səudiyyə Ərəbistanı və Türkiyə rəhbərliyinin tələbi ilə Suriyaya qarşı sanksiyaları ləğv etdiyini qeyd edib.

"Bu sanksiyalar çox sərt idi. Düşünürəm ki, biz bu gün mühüm bəyanat verəcəyik", - o vurğulayıb.

Xatırladaq ki, Tramp 2025-ci il mayın 14-də Ər-Riyadda Suriyanın yeni prezidenti Əhməd əl-Şara ilə danışıqlar aparıb (iki ölkə liderləri arasında 25 ildə ilk görüş). ABŞ lideri Vaşinqtonun Dəməşqə qarşı on illərdir tətbiq etdiyi sanksiyaları ləğv etməyə başlayacağını açıqlayıb.

İyulun 1-də Tramp Suriyaya qarşı birtərəfli sanksiyalar rejimini ləğv edən fərman imzalayıb.

Oxşar xəbərlər

Tramp: Türkiyə ABŞ-dən "F-16" və "F-35" qırıcıları almaq istəyir

Tramp: Türkiyə ABŞ-dən "F-16" və "F-35" qırıcıları almaq istəyir

ABŞ Prezidenti Donald Tramp Türkiyənin Amerikadan "F-16" və "F-35" qırıcıları almaq niyyətində olduğunu açıqlayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki, b...

32 Dünya 20:44 25 sentyabr 2025

Son xəbərlər