Tramp seçkilərdə qalib gəldikdən sonra ilk xarici liderlə görüşəcək
Yeniliklərdən dərhal xəbərdar olun
Argentina prezidenti Xavyer Miley noyabrın 14-də ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampla görüşəcək və bu siyasətçinin seçkilərdə qalib gəldikdən sonra qəbul etdiyi ilk xarici lider olacaq.
BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, iki lider arasında görüş Trampın Florida ştatının Palm-Biç şəhərindəki Mar-a-Laqo iqamətgahında baş tutacaq.
Argentina prezidenti ora öz administrasiyasının baş katibi olan bacısı Karina Mayli ilə şəxsi reyslə gələcək. Argentinanın yeni təyin olunmuş xarici işlər naziri Gerardo Verthein onları orada gözləyəcək. Miley Tramp hələ ABŞ prezidentliyinə namizəd olanda onu dəfələrlə tərifləyib. Fevral ayında o, Respublikaçılara seçkidə qələbə arzulayıb və onu ən böyük prezident adlandırıb.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...