Tramp şahzadə Harrini ABŞ-dən deportasiya etmək niyyətində deyil

ABŞ Prezidenti Donald Tramp Britaniya şahzadəsi Çarlz Albert David Harrinin ölkədən deportasiya olunması ehtimalını istisna edib.
"Report" xəbər verir ki, bu barədə "The New York Post" qəzeti məlumat yayıb.
"Mən bunu etmək istəmirəm. Onu rahat buraxacağam. Harrinin həyat yoldaşı ilə kifayət qədər problemi var. Qadın (Meqan Markl - red.) dözülməzdir", - Tramp bildirib.
Marqaret Tetçer adına mərkəzin analitiki Nayl Qardiner daha əvvəl müsahibəsində Harrinin yaxın aylarda deportasiya ediləcəyini deyib.
Britaniya şahzadəsinin viza məsələsi onun "Spare" avtobioqrafiyasının dərc olunmasından sonra yenidən aktuallaşıb. Kitabda o, yeniyetmə yaşlarında kokain istifadəni etiraf edib.
2024-cü ilin mart ayında Tramp söyləyib ki, əgər Harrinin vizası qanunsuz əldə edilibsə, o, arzuolunmaz nəticələrlə üzləşə bilər.
Xatırladaq ki, 2020-ci ilin yanvarında şahzadə Harri və həyat yoldaşı Meqan Markl Britaniya kral ailəsindəki rəsmi vəzifələrindən imtina edərək ABŞ-yə köçüblər.
Oxşar xəbərlər
Təcili yardım təyyarəsi qəza etdi: 6 nəfər həlak oldu
Cənubi Amerika ölkəsi Çilidə təcili yardım təyyarəsinin qəzaya uğraması nəticəsində 6 nəfərin həyatını itirdiyi açıqlanıb. BAKU.WS xəbər verir ki, bölgə nümayən...
