Kiyevdə dron hücumunda həlak olan Azərbaycan vətəndaşının nəşi ölkəyə gətirilib, Kürdəmirdə dəfn olunub
02
okt
2026
10:11
Sentyabrın 27-də Kiyev şəhərinə dron hücumu nəticəsində həlak olan 1978-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşı Abbas Abbasovun cənazəsi Azərbaycana gətirilib.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, mərhum Kürdəmir rayonunun Pirəköçəli kənd qəbiristanlığında dəfn olunub.
Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski X sosial şəbəkəsində Rusiyanın Kiyevə hücumları nəticəsində ölənlər arasında Azərbaycan vətəndaşının olduğu ilə bağlı məlumat paylaşmışdı.
Oxşar xəbərlər
Yük avtomobili yolda qalıb - Nəqliyyat vasitələri 8 Noyabr-dan mərkəzə gələ bilmir
Xətai rayonu, 8 Noyabr prospekti ilə Süleyman Əhmədov küçəsinin kəsişməsində yük avtomobili texniki nasaz olması səbəbindən yolun hərəkət hissəsində qalıb. Daxi...