Tramp Rusiyaya iki həftə vaxt verib
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinin Ukraynadakı müharibəni dayandırmayacağı təqdirdə onu sanksiyalarla hədələyib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, ABŞ liderinin çıxışı Ağ Evin sosial şəbəkələrdəki səhifələrində yayımlanır.
Tramp vurğulayıb ki, iki həftə ərzində Ukraynadakı müharibənin həlli ilə bağlı çox mühüm qərar qəbul edəcək. Onun sözlərinə görə, belə bir qərara sanksiyalar, tariflər daxil ola bilər: "Lazım gələrsə, mən iki həftə ərzində Rusiyaya qarşı sanksiyalarla bağlı qərar verə bilərəm".
Bu iki həftə ərzində o, Moskva və Kiyevin münaqişənin nizamlanmasına yanaşmalarını öyrənmək istəyir. Bundan sonra o, Ukraynada sülh danışıqlarının dayanmasına kimin cavabdeh olduğunu müəyyən edəcək.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...