Tramp: "Meloninin cəsur olduğunu düşünürdüm, amma yanılmışam"
"İtaliyanın Baş naziri Corcia Melonidə yanılmışam".
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp "Corriere Della Sera" qəzetinə müsahibəsində bildirib.
Tramp italiyalı nazirin İranla müharibədə ABŞ-ni dəstəkləməkdən imtina etməsini qəbuledilməz adlandırıb. Tramp bu sözləri ilə Meloninin Roma Papası XIV Leonu ABŞ prezidenti ilə mübahisədə dəstəkləməsinə reaksiya verib.
"Mən şokdayam. Mən onun cəsur olduğunu düşünürdüm, amma səhv etmişəm. O, NATO ilə birlikdə bizə kömək etmək, İranın nüvə silahından qurtulmağa kömək etmək istəmir. Mən onun tamamilə başqa cür olduğunu düşünürdüm. Onu sanki əvəz ediblər" , - deyə Ağ Evin rəhbəri vurğulayıb.
Daha əvvəl Meloni XIV Leo ilə həmrəyliyini ifadə edib və Trampın onun ünvanına dediyi sözləri qəbuledilməz adlandırıb. Tramp öz bəyanatlarında XIV Leonu "zəif" adlandırmışdı.
Oxşar xəbərlər
Mirzoyan və Kubilyus müdafiə sahəsində əməkdaşlıq perspektivlərini müzakirə ediblər
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Brüsseldə Avropa İttifaqının (Aİ) müdafiə və kosmos məsələləri üzrə komissarı Andryus Kubilyusla görüşüb. BAKU....