Tramp Meksika kartellərini təhdid edib

Tramp Meksika kartellərini təhdid edib
Dünya 86

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp narkotiklərlə mübarizə çərçivəsində yeni bir kampaniya başlatmaq niyyətində olduğunu açıqlayıb.

BAKU.WS reuters-ə istinadən xəbər verir ki, o, narkotiklərin, xüsusilə də fentanil kimi sintetik opioidlərin zərərli təsirlərini göstərən reklam kampaniyası həyata keçirəcəyini və Meksika narkotik kartellərini terrorçu təşkilat kimi tanıyacağını bəyan edib.

Tramp Arizona ştatının Finiks şəhərində konservativ qrup Turning Point-in konfransında çıxışı zamanı belə deyib:

"Narkotiklərin nə qədər zərərli olduğunu reklam edəcəyik. Onlar sizin görünüşünüzü, dərinizin vəziyyətini, dişlərinizi məhv edir."

Tramp bu yeni reklam kampaniyasına dair detalları açıqlamasa da, bunun siyasi bir kampaniyaya bənzədiyini bildirib. O, bu təşəbbüsə çoxlu vəsait xərclənəcəyini, lakin bunun nisbətən "kiçik bir məbləğ" olacağını qeyd edib.

Tramp həmçinin Meksika narkotik kartellərini xarici terrorçu təşkilatlar kimi tanıyacağı barədə sözlərini yenidən təkrarlayıb:

"Kartelləri dərhal xarici terrorçu təşkilatlar kimi tanıyacağam."

Son xəbərlər