Tramp Maskın dövlət xidmətindən uzaqlaşdırılacağını açıqladı
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Prezidenti Donald Tramp iş adamı İlon Maskın hökumətin səmərəliliyini artırmaq üçün yaradılmış DOGE Departamentinin rəhbəri kimi vəzifəsini yalnız 130 gün icra edəcəyini və bu müddətin sonunda qurumun fəaliyyətini dayandıracağını açıqlayıb.
BAKU.WS mk.ru-ya istinadən xəbər verir ki, "Onu mümkün qədər vəzifədə saxlayacağam. O, çox istedadlı biridir" – deyə Tramp bildirib. Prezident Maskın "çox ağıllı olduğunu və işini mükəmməl şəkildə yerinə yetirdiyini" vurğulayıb.
Bununla yanaşı, Tramp qeyd edib ki, iş adamı böyük bir şirkətin idarəçiliyinə qayıtmalı olacaq.
Qeyd edək ki, Mask bundan əvvəl yaradılmış Amerika Siyasi Komitəsinin (America PAC) üzvləri ilə görüşə "pendir papaq" taxaraq gəlmişdi. Tədbir zamanı o, bu papağın üzərinə imza ataraq onu zalda iştirakçılara atıb.
Oxşar xəbərlər
Tramp "süni intellekt" terminini qadağan etmək istəyir
ABŞ-də müvafiq sənədlərdə və digər materiallarda "süni intellekt" (AI – Artificial Intelligence) terminindən istifadənin rəsmi şəkildə qadağan edilməsi planlaşd...