Tramp - Mask tandemi "Tesla"nın gələcəyini xilas edəcəkmi?

ABŞ-li milyarder İlon Maskın şirkəti olan "Tesla" ciddi problemlərlə üzləşib, kampaniyanın gələcəyi sual altındadır.
BAKU.WS xəbər verir ki, bu barədə Baku TV-nin hazırladığı videosüjetdə qeyd olunub.
Müəllif qeyd edib ki, Donald Tramp ABŞ-də keçirilən prezident seçkisində qalib gəldikdən sonra "Tesla"nın səhmlərinin qiyməti bahalaşıb və bunun da səbəbləri var.
Xatırladaq ki, İ.Mask Respublikaçıların seçki kampaniyasına 277 milyon dollar vəsait ayırıb.
"Belə bir jestdən sonra bir çox investorlar biznesmenin ABŞ prezidentindən xüsusi imtiyazlar alacağını gözləyirdi. Beləliklə, bu münasibətlər bir müddət "Tesla"nın səhmlərinin qiymətində əks olunub. Onlar, demək olar ki, 70 faiz artıb və şirkətin ümumi bazar dəyəri 556 milyard dollara yüksəlib", - deyə süjetdə qeyd olunub.
İnvestorlar əmin idilər ki, vəziyyət bu şəkildə davam edəcək, lakin "Tesla"nın səhmlərinin dəyəri qısa müddət ərzində aşağı düşməyə başlayıb.
Ticarət məlumatlarından göründüyü kimi, hazırda "Tesla" səhmləri ucuzlaşır, avtomobillərin keyfiyyəti, bir sıra ekspertlərin fikrincə, heç də yüksək deyil və şirkət avtomobil bazarında bir vaxtlar olduğu lider mövqeyini itirib.
Daha ətraflı videosüjetdə:
Oxşar xəbərlər
Türkiyənin Suriyadakı mövcudluğu kimləri narahat edir?
Suriyanın yeni hökuməti Palmiradakı hərbi bazanı Türkiyəyə verib. Baza ABŞ-nin Almaniyadakı Ramstayn bazası qədər böyük olacaq. Bu barədə Türkiyənin "Yeni Şəfəq...
