Tramp İstanbul danışıqlarına bu şərtlə gedəcəyini açıqladı
Yeniliklərdən dərhal xəbərdar olun
Hazırda bütün dünyanın gözü İstanbulda baş tutacaq Rusya-Ukrayna görüşünə yönəlib. Rusiya prezidenti Vladimir Putinin mayın 15-də İstanbulda birbaşa sülh danışıqlarına başlamaq təklifinə Ukrayna prezidenti Zelenski də müsbət cavab verib. Görüşdən danışan Donlad Tramp da qərarını açıqlayıb.
BAKU.WS xəbər verir ki, Tramp, Putinin də ora səfər edəcəyi təqdirdə Ukrayna ilə bağlı danışıqlar üçün Türkiyəyə gedəcəyi ehtimalının olduğunu deyib.
O bu barədə jurnalistlərə açıqlamasında bildirib.
Trampın sözlərinə görə, Putin onun Ukrayna üçün İstanbulda olmasını istəyir:
"Mən orada olmasam, onun (yəni Putinin) da orada olacağını ehtimal etmirəm.. Bilirəm ki, o, mənim orada olmağımı istərdi".
Oxşar xəbərlər
İqlim dəyişikliyi qlobal sağlamlıq böhranına çevrilir: Hər il yüz minlərlə insan ölür
İqlim dəyişikliyinin insan sağlamlığına mənfi təsirləri sürətlə artır. 2026-cı il "Lancet Geri Sayım" hesabatında ekstremal istilərin və quraqlığın yaratdığı tə...