Tramp İsrailin İranın Cənubi Pars qaz yatağına hücum etməməsini tələb edib

Tramp İsrailin İranın Cənubi Pars qaz yatağına hücum etməməsini tələb edib
Dünya 35

ABŞ prezidenti Donald Tramp bildirib ki, İsrail bu son dərəcə vacib və dəyərli Cənubi Pars yatağına bir daha hücum etməyəcək.

BAKU.WS xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.

Qeyd edilib ki, Ağ Ev rəhbəri bu haqda özünün "Truth Social" hesabında yazıb:

"Birləşmiş Ştatlar bu konkret hücum barədə heç nə bilmirdi və Qətər də heç bir şəkildə və ya formada bununla əlaqəli deyildi və bunun baş verəcəyindən xəbəri də yox idi. Hesab edirəm ki, İsrail dövləti zərbəni Yaxın Şərqdə baş verənlərə görə qəzəbdən endirib. Bütün ərazinin sadəcə kiçik bir hissəsinə zərbə endirilib".

Tramp onu da əlavə edib ki, İran çox günahsız bir ölkəyə, Qətərə hücum etmək qərarına gəlməsə, İsrail bu son dərəcə vacib və dəyərli Cənubi Pars yatağına qarşı bir daha hücum etməyəcək.

Xatırladaq ki, ötən gün İranın Buşehr əyalətindəki Əsəluyə rayon administrasiyasının rəhbəri İsrail və ABŞ-ın hücumundan sonra Cənubi Pars qaz yatağındakı bir neçə obyektdə yanğın baş verdiyini bildirib.

Bununla əlaqədar olaraq, SEPAH Səudiyyə Ərəbistanı, BƏƏ və Qətərdəki neft və qaz obyektlərinə hücum edəcəyini bildirib.

Son xəbərlər