Tramp: İranla sıx əməkdaşlıq qurmaq istəyirik
"ABŞ İranla sıx əməkdaşlıq qurmaq niyyətindədir".
BAKU.WS xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Truth Social-da yazıb.
Onun sözlərinə görə, Vaşinqton və Tehran rüsumların və sanksiyaların yumşaldılması məsələsini müzakirə etməyə davam edəcək.
Ağ Evin rəhbəri qeyd edib ki, gələcək sülh razılaşmasının 15 maddəsindən bir çoxu artıq razılaşdırılıb.
Bundan əvvəl Tramp İrana qarşı zərbələrin daha iki həftəlik dayandırılmasına razılaşdığını açıqlamışdı. Onun sözlərinə görə, Vaşinqton İrandan münaqişənin tənzimlənməsi ilə bağlı 10 maddəlik təklif alıb və bu əsasda işi davam etdirməyə hazırdır.
Daha sonra beynəlxalq agentliklərin məlumatına görə, İsrail də atəşkəsi dəstəkləyib. Lakin İsrailin Hizbullah hərəkatına qarşı əməliyyat apardığı Livan bu razılaşmaya daxil deyil.
Həmçinin ABŞ İranın Hörmüz boğazı üzərində nəzarətini saxlamağa razılaşıb və İslam Respublikasının uranı zənginləşdirmək hüququnu tanıyıb.
Oxşar xəbərlər
Ərdəbildə Əli Xameneinin ölümünün 40-cı günü ilə bağlı anım tədbiri keçirilib - VİDEO
İranın Ərdəbil şəhərinin sakinləri mərhum ali lider Əli Xameneinin ölümünün 40-cı günü ilə bağlı anım tədbirləri təşkil ediblər. BAKU.WS Oxu.Az-a istinadən xəbə...