Tramp: İranla müharibənin uzanması iqtisadi böhrana səbəb ola bilər
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Prezidenti Donald Tramp G7 sammitindən sonra keçirdiyi mətbuat konfransında İranla hərbi qarşıdurmanın davam etməsinin ciddi iqtisadi nəticələr doğura biləcəyini bildirib.
BAKU.WS xəbər verir ki, Trampın sözlərinə görə, müharibənin uzanması həm region, həm də qlobal iqtisadiyyat üçün risk yaradırdı.
Tramp qeyd edib ki, Vaşinqton Tehran əldə olunan razılaşmalara əməl etdiyi halda sanksiyaların mərhələli şəkildə yumşaldılmasını nəzərdən keçirəcək.
O, eyni zamanda, ABŞ-ni İranla müharibəni davam etdirməyə çağıranları tənqid edərək bu yanaşmanı yanlış hesab etdiyini vurğulayıb.
Oxşar xəbərlər
FES uçot dərəcəsini 4 % səviyyəsində saxlayıb
ABŞ-nin Federal Ehtiyat Sistemi (FES) Vaşinqton administrasiyasının tələbinə uyğun olaraq uçot dərəcəsini azaltmayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki...