Tramp İranın uranın zənginləşdirilməsini dayandırmağa razı olduğunu iddia edib
Yeniliklərdən dərhal xəbərdar olun
İran ABŞ ilə aralıq danışıqları gedişində hətta dinc məqsədlər üçün belə uranı zənginləşdirməməyə razılaşıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, Amerika Prezidenti Donald Tramp Uest Palm-Biç (Florida ştatı) Hava Limanında jurnalistlərlə söhbətində belə bir iddia ilə çıxış edib.
O vurğulayıb ki, Tehran və Vaşinqton 15 bənd üzrə razılığa gəlib.
"Onlar heç vaxt nüvə silahı əldə etməyəcəklər, bu, bir nömrəli bənddir. Onlar buna razılaşıblar", - Tramp deyib.
Daha əvvəl ABŞ Prezidenti İranla yeni danışıqlar raundunun keçiriləcəyini anons etmişdi.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...