Tramp: İranın nüvə silahı əldə etməsinə imkan verməyəcəyik
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Prezidenti Donald Tramp İranın nüvə silahına sahib olmasına heç vaxt icazə verilməyəcəyini bəyan edib.
BAKU.WS xəbər verir ki, Tramp bu barədə "Truth Social" platformasında paylaşım edərək İran rəhbərliyini ziddiyyətli açıqlamalar verməkdə ittiham edib.
Onun sözlərinə görə, Tehran bir tərəfdən ABŞ ilə danışıqları davam etdirmək istədiyini bildirir, digər tərəfdən isə ictimaiyyət qarşısında belə təmasların olmadığını iddia edir.
ABŞ Prezidenti həmçinin qeyd edib ki, Hörmüz boğazına nəzarətin ABŞ Hərbi Dəniz Qüvvələrinin əlində olduğunu və tətbiq edilən blokadanın qüvvədə qaldığını bildirib. Trampın sözlərinə görə, razılaşma əldə olunana və ya İran geri addım atana qədər bu siyasət dəyişməyəcək.
O, paylaşımının sonunda bir daha vurğulayıb ki, Vaşinqtonun əsas məqsədi İranın nüvə silahı əldə etməsinin qarşısını almaqdır və buna heç bir halda yol verilməyəcək.
Oxşar xəbərlər
FES uçot dərəcəsini 4 % səviyyəsində saxlayıb
ABŞ-nin Federal Ehtiyat Sistemi (FES) Vaşinqton administrasiyasının tələbinə uyğun olaraq uçot dərəcəsini azaltmayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki...