Tramp: "İrana qarşı hərbi əməliyyat planlaşdırılan 4-5 həftədən daha uzun çəkə bilər"
"ABŞ və İsrailin İranda həyata keçirdiyi hərbi əməliyyat planlaşdırılan 4-5 həftədən daha uzun çəkə bilər. Döyüş əməliyyatları zəruri hesab edilən müddət ərzində davam edəcək".
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdəki çıxışı zamanı bildirib.
"Biz əvvəlcədən dörd-beş həftəlik müddət proqnozlaşdırmışdıq. Lakin bu müddətdən daha uzun davam etməyə imkan verən potensialımız var", - deyə o vurğulayıb.
Bununla yanaşı, dövlət başçısı əməliyyatın planlaşdırılandan daha sürətli getdiyini qeyd edib. Trampın sözlərinə görə, ilkin mərhələdə İranın hərbi rəhbərliyinin üzvlərinin zərərsizləşdirilməsi üçün dörd həftə vaxt nəzərdə tutulmuşdu, lakin ABŞ bunu cəmi bir saat ərzində həyata keçirə bilib.
O əlavə edib ki, hərbi əməliyyatlar ABŞ qarşıya qoyduğu məqsədlərə çatdıqdan sonra başa çatacaq. Tramp bu məqsədlər sırasında İranın nüvə və raket proqramlarının tam dayandırılmasını xüsusi vurğulayıb.
Oxşar xəbərlər
İran uzunmüddətli müdafiəyə hazır olduğunu bəyan edib
Tehran öz ərazilərini və əhalisini qorumaq üçün bütün mövcud resurslardan istifadə etmək niyyətindədir. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu İranın...