Tramp: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb
ABŞ Prezidenti Donald Tramp İranın uranın zənginləşdirilməsini dayandırmağa razılaşdığını bildirib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə o "NewsNation" telekanalına telefon müsahibəsində bildirib.
İranın uranın zənginləşdirilməsini dayandırmağa razı olub-olmaması ilə bağlı birbaşa suala Tramp "Bəli" cavabını verib.
Jurnalist yenidən soruşduqda, prezident təkrar edib: "Bəli", bundan sonra isə əlavə edib: "Təəccübləndin? Məni artıq heç nə ilə təəccübləndirmək olmaz".
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb və bir sıra şəhərlərə hava zərbələri endirib. Həmin gün zərbələr nəticəsində İranın ali rəhbəri Əli Xamenei öldürülüb. Cavab olaraq İran İsrail ərazisinə raket zərbələri endirib və Fars körfəzi ölkələrindəki ABŞ hərbi bazalarına hücum edib.
İran, ABŞ və onların müttəfiqləri 2026-cı il aprelin 8-nə keçən gecə iki həftəlik atəşkəs barədə razılığa gəliblər.
Aprelin 11-12-də İslamabadda Pakistanın vasitəçiliyi ilə İran və ABŞ arasında danışıqlar keçirilib. Saatlarla davam edən müzakirələr razılaşma əldə edilmədən başa çatıb.
Aprelin 15-də Donald Tramp İran limanlarının dəniz blokadasının saxlanılmasına baxmayaraq, Hörmüz boğazının gəmiçilik üçün açıldığını elan etdi. Bu addım Çinlə münasibətlərin qorunub saxlanması üçün atılmışdır.
Bununla eyni vaxtda ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) bildirdi ki, ölkənin Hərbi Dəniz Qüvvələri İran limanlarının və Hörmüz boğazının blokadasını davam etdirir.
Oxşar xəbərlər
ABŞ uran müqabilində İranla 20 milyard dollarlıq saziş bağlamaq niyyətindədir
ABŞ zənginləşdirilmiş uran ehtiyatlarından imtina etməsi müqabilində İranla 20 milyard dollarlıq saziş bağlamaq imkanını nəzərdən keçirir. BAKU.WS Oxu.Az-a isti...