Tramp İran liderlərini qadınları həbsdən buraxmağa çağırdı
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Prezidenti Donald Tramp İran rəhbərliyini qadınları həbsdən azad etməyə çağırıb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə ABŞ lideri özünün "Truth Social" platformasındakı hesabında "X" sosial şəbəkəsində paylaşılmış bir görüntünün skrinşotunu yayımlayaraq bildirib.
"Yaxın zamanda mənim təmsilçilərimlə görüşəcək İran rəhbərliyinə səslənirəm: Həmin qadınları sərbəst buraxsanız, sizə böyük minnətdarlığımı bildirərəm. Əminəm ki, onlar da sizin bu addımınızı yüksək qiymətləndirəcəklər. Lütfən, onlara heç bir xətər yetirməyin! Bu addım gələcək danışıqlarımız baxımından möhtəşəm başlanğıc ola bilər. Mövzunu diqqət mərkəzinə gətirdiyiniz üçün təşəkkür edirəm", - deyə Donald Tramp qeyd edib.
Sözügedən paylaşım Eyal Yakoby adlı istifadəçi tərəfindən yayımlanıb və şəkildəki qadınların kimliyi barədə məlumat verilməyib.
Bir sıra sosial şəbəkə istifadəçiləri isə həmin görüntülərin süni intellekt vasitəsilə hazırlandığını iddia edirlər.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...