Tramp: İran Hörmüz boğazında hərbi helikopterimizi vurub

Tramp: İran Hörmüz boğazında hərbi helikopterimizi vurub
Dünya 16

ABŞ Prezidenti Donald Tramp İranın Hörmüz boğazı üzərində Amerika hərbi aviasiyasına qarşı hücum həyata keçirdiyini açıqlayıb.

BAKU.WS xəbər verir ki, bu barədə Tramp "Truth Social" platformasında paylaşıbm edib

Onun sözlərinə görə, İran qüvvələri patrul uçuşu həyata keçirən ABŞ-yə məxsus "Apache" tipli döyüş helikopterini hədəfə alaraq vurub.

ABŞ lideri bildirib ki, hadisə nəticəsində helikopterin hər iki pilotu sağ qalıb və təhlükəsiz əraziyə çıxarılıb.

"Dünən gecə İran qüvvələri Hörmüz boğazında patrul xidməti aparan ən müasir "Apache" helikopterlərimizdən birini vurub. Xoşbəxtlikdən, pilotlarımız sağdır və hazırda təhlükəsiz yerdədirlər", – deyə Tramp qeyd edib.

O, həmçinin vurğulayıb ki, Vaşinqton baş verən insidentə cavabsız qalmayacaq.

ABŞ prezidentinin sözlərinə görə, ölkəsi bu hücuma müvafiq reaksiya vermək məcburiyyətindədir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər