Tramp etirazlara görə dəniz piyadalarını Los-Ancelesə göndərməyə hazırdır
ABŞ hakimiyyəti etirazların bütün ölkə və onun vətəndaşları üçün təhlükə yaratdığına inanırlarsa, dəniz piyadalarını Kaliforniyanın Los-Anceles şəhərinə göndərməyi düşünürlər.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp bazar günü Nyu-Cersidən Merilendə uçmazdan əvvəl jurnalistlərə açıqlamasında deyib.
"Ölkəmizə, vətəndaşlarımıza təhlükə görsək, asayişi təmin etmək üçün çox qətiyyətlə hərəkət edəcəyik", - o, Los-Ancelesdə qanunsuz mühacirlərin deportasiyasına qarşı keçirilən etiraz aksiyaları zamanı dəniz piyadalarının təhlükəsizliyi təmin etmək üçün hansı şərtlərlə cəlb oluna biləcəyi ilə bağlı sualı cavablandırıb.
"Biz dünən gecə Los-Ancelesdə baş verənləri diqqətlə izləyirdik. Çoxlu zorakılıq olub və bu, daha da pis ola bilərdi", - deyə ABŞ Prezidenti ölkədə "bunun baş verməsinə "imkan verməyəcəyini vurğulayıb.
Oxşar xəbərlər
Abbas Əraqçi: İrandakı iğtişaşlar zamanı 3 mindən çox insan ölüb
İranda son iğtişaşlar nəticəsində 3 117 nəfər həlak olub. Bu barədə ölkənin xarici işlər naziri Abbas Əraqçi sosial şəbəkələrdə bildirib. Onun sözlərinə görə, o...