Tramp Ərdoğanı Qəzza Sülh Şurasında qurucu üzv qismində iştiraka dəvət edib
ABŞ lideri Donald Tramp Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Qəzza Sülh Şurasında qurucu üzv qismində iştiraka dəvət edib.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran "X"də yazıb.
O qeyd edib ki, Birləşmiş Millətlər Təşkilatı (BMT) Təhlükəsizlik Şurasının 2803 saylı qətnaməsində ABŞ Prezidenti Donald Trampın Qəzza münaqişəsinə son qoymaq üçün bəyan etdiyi Kompleks Planın (Comprehensive Plan to End the Gaza Conflict) dəstəklənməsi qərara alınıb.
"Bu çərçivədə Qəzzada təhlükəsizliyin təmin olunması və yenidən qurulmasından məsul olacaq Sülh Şurası və onun orqanları təsis edilir. ABŞ Prezidenti Donald Tramp 2026-cı il yanvarın 16-da Sülh Şurasının qurucu sədri qismində bir məktub göndərərək Prezident Rəcəb Tayyib Ərdoğanı Sülh Şurasında qurucu üzv kimi yer almağa dəvət edib", - B.Duran yazıb.
Oxşar xəbərlər
İrəvanda İran əleyhinə keçirilən etiraz aksiyasının yeddi iştirakçısı saxlanılıb
İrəvanda İran səfirliyi qarşısında keçirilən icazəsiz etiraz aksiyasının yeddi iştirakçısı saxlanılıb. BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Ermə...