Tramp Budapeştdə Putinlə görüşəcəyini bildirib

ABŞ Prezidenti Donald Tramp Macarıstanın paytaxtı Budapeştdə rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin rəhbəri Putinlə apardığı telefon danışığından sonra "Truth Social" platformasında məlumat verib.
"Rusiya və Ukrayna arasında qanlı müharibəyə son qoya bilib-bilməyəcəyimizə nəzər salmaq üçün Budapeştdə görüşəcəyik" , - deyə o vurğulayıb.
İki liderin görüşündən əvvəl Putin və Trampın müşavirlərinin görüşü baş tutacaq. ABŞ nümayəndə heyətinə dövlət katibi Marko Rubio başçılıq edəcək. Onların görüş yeri hələ müəyyən edilməyib.
"Sabah Oval kabinetdə prezident Zelenski ilə görüşəcəyəm, prezident Putinlə söhbətimizi və başqa məsələləri müzakirə edəcəyik. Hesab edirəm ki, Putinlə bugünkü telefon danışığı əhəmiyyətli irəliləyiş əldə etməyə imkan verib", - deyə Tramp əlavə edib.
Oxşar xəbərlər
Laricani Xameneinin mesajını Putinə çatdırıb
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Ləricani Moskvaya səfəri zamanı Rusiya Prezidenti Vladimir Putinlə görüşdüyünü və ona İranın Ali lideri Əli...
