Donald Tramp: "Bu müharibə bitməlidir"
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Prezidenti Donald Tramp İsveçrənin Davos şəhərində Ukrayna Prezidenti Volodimir Zelenski ilə keçirdiyi danışıqlardan sonra Ukraynadakı münaqişənin başa çatdırılmasına çağırıb.
BAKU.WS xəbər verir ki, bu barədə "Sky News" telekanalı məlumat yayıb.
"Bu müharibə bitməlidir", - deyə Ağ Evin rəhbəri jurnalistlərə bildirib.
Trampın sözlərinə görə, Ukrayna lideri ilə görüşü yaxşı keçib.
"Nə ilə nəticələnəcəyini görəcəyik", - deyə o əlavə edib.
Çərşənbə günü Tramp Davosda "Sülh Şurası"nın yaradılması mərasimində çıxışı zamanı Ukraynadakı münaqişənin nizamlanması prosesində böyük irəliləyiş əldə olunduğunu bildirib.
O, həmçinin münaqişənin kifayət qədər yaxın vaxtda həll olunacağına ümid etdiyini vurğulayıb. ABŞ prezidenti xatırladıb ki, Amerika artıq səkkiz münaqişənin həllinə nail olub və yaxın zamanda daha birinin də başa çatacağına əminliyini ifadə edib.
Oxşar xəbərlər
İqlim dəyişikliyi qlobal sağlamlıq böhranına çevrilir: Hər il yüz minlərlə insan ölür
İqlim dəyişikliyinin insan sağlamlığına mənfi təsirləri sürətlə artır. 2026-cı il "Lancet Geri Sayım" hesabatında ekstremal istilərin və quraqlığın yaratdığı tə...