Tramp bu miqrantlara pul və təyyarə bileti vermək istəyir
Yeniliklərdən dərhal xəbərdar olun
Tramp ABŞ-dən könüllü gedən miqrantlara pul və təyyarə bileti vermək istəyir.
BAKU.WS sondakika-ya istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp miqrasiya siyasəti ilə bağlı yeni təşəbbüslə çıxış edib. O, ölkədən könüllü şəkildə ayrılmaq istəyən qeyri-qanuni miqrantlara maliyyə dəstəyi və təyyarə bileti veriləcəyini bildirib.
Tramp hazırda ölkədə "pis" hesab olunan miqrantların deportasiya prosesinin davam etdiyini vurğulayıb. Onun sözlərinə görə, yeni proqram könüllü ayrılan miqrantların tez bir zamanda geri qaytarılmasını da asanlaşdıracaq.
"Əgər onlar yaxşı insanlardırsa və biz onların geri qayıtmasını istəyiriksə, bu prosesi sürətləndirmək üçün birlikdə işləyəcəyik", – deyə Tramp əlavə edib.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...