Tramp bu hərəkətilə Netanyahunun yenidən namizəd olub-olmayacağını şübhə altına aldı
ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahunun qarşıdakı parlament seçkilərində yenidən namizəd olub-olmayacağı ilə bağlı qeyri-müəyyənlik ifadə edib.
BAKU.WS xəbər verir ki, ABC News telekanalına müsahibəsində Tramp Netanyahunun siyasi gələcəyi ilə bağlı sualı cavablandırarkən, "Bilmirəm" deyib. O bildirib ki, Netanyahu müharibə dövrünün baş naziridir və qarşıdakı dövrdə vəzifəsini davam etdirmək istəyib-istəmədiyi açıq deyil.
Trampın sözlərinə görə, müharibənin başa çatmasından sonra Netanyahunun siyasi planlarının necə olacağı sual doğurur.
Bununla yanaşı, Netanyahunun rəhbərlik etdiyi "Likud" Partiyası sosial şəbəkədə yaydığı açıqlamada onun növbəti seçkilərdə yenidən namizəd olacağını təsdiqləyib.
Məlumata görə, Trampın bu açıqlamaları Vaşinqton və Təl-Əviv arasında münasibətlərdə gərginliyin artdığı bir dövrə təsadüf edir. İsrail mediası tərəflər arasında xüsusilə Livandakı hərbi əməliyyatlarla bağlı fikir ayrılıqlarının mövcud olduğunu yazır.
Tramp daha əvvəl də Netanyahunun Livanla bağlı siyasətindən narazı qaldığını bildirmiş, regional məsələlər üzrə qərarların ABŞ tərəfindən verildiyini vurğulamışdı.
Digər tərəfdən, sorğular göstərir ki, Netanyahu qarşıdan gələn seçkilərdə müxalif "dəyişiklik bloku"nun namizədləri ilə ciddi siyasi rəqabət aparmalı olacaq.
Oxşar xəbərlər
DÇ-dan əvvəl Meksikada 59 partlayıcı qurğu aşkarlanıb
Meksikada hüquq-mühafizə orqanları məktəblilər və müəllimləri daşıyan avtobusda 59 ədəd əldəqayırma partlayıcı qurğu aşkarlayıb. BAKU.WS xəbər verir ki, bu barə...