Tramp Britaniya ilə ticarət razılaşması əldə edildiyini açıqlayıb

ABŞ Prezidenti Donald Tramp Böyük Britaniya ilə ticarət razılaşması əldə etdiyini açıqlayıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, o, bu barədə "Truth Social" sosial şəbəkəsində yazıb.
"Güclü müttəfiqimiz Böyük Britaniya ilə tarixi ticarət razılaşması əldə etdik", - o bildirib və vurğulayıb ki, bu, aprel ayında çoxsaylı ticarət tərəfdaşlarına əlavə rüsumlar tətbiq etdikdən sonra ABŞ tərəfindən ilk belə razılaşmadır.
Eyni zamanda ABŞ Prezidenti qeyd edib ki, sövdələşmə Britaniya mallarına tətbiq edilən rüsumların tamamilə aradan qaldırılmasını nəzərdə tutmur.
"Bu sövdələşmə çərçivəsində ABŞ 10 %-lik rüsumlardan 6 milyard dollar gəlir əldə edəcək. Bundan əlavə, biz kənd təsərrüfatı istehsalçılarımız və digər malların istehsalçıları üçün yeni ticarət imkanları əldə edəcəyik. Bu, bizə 5 milyard dollar qazandıracaq", - o izah edib.
Trampın sözlərinə görə, tərəflər alüminium və polad ticarəti üçün zona yaratmaq, həmçinin əczaçılıq məhsullarının tədarükü üçün təhlükəsiz sistem yaratmaq barədə razılığa gəliblər.
Oxşar xəbərlər
Yeni seçilən Roma Papasının kimliyi məlum olub
Yeni seçilən Roma Papasının kimliyi məlum olub. Kardinal Robert Frensis Prevo Roma Papası seçilib. O, XIV Lev adını alıb. Onu meydanda 40 mindən çox insan qarşı...
