Tramp: "Böyük Britaniya ABŞ-yə İrana hücumda kömək etməli idi"
"Böyük Britaniya ABŞ-yə İrana hücumda kömək etməli idi".
BAKU.WS "Qazeta.ru"ya istinadən xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib.
ABŞ dövlət başçısı "The Sun" qəzetinə verdiyi müsahibədə Böyük Britaniyanın Baş naziri Keir Starmerin mövqeyini şərh edib.
Bu zaman Tramp "Fərqi yoxdur, amma o, kömək etməli idi... etməli idi" deyə bildirib.
O əlavə edib ki, hazırkı vəziyyətdə ABŞ müstəqil hərəkət edə bilir və rəsmi Londonun dəstəyindən asılı deyil.
Bundan əvvəl Amerika prezidenti Londonun Çaqos adalarını Mavrikiyə təhvil vermək qərarından məyus olduğunu bildirmişdi .
O, ərazinin mülkiyyət hüququnu başqasına verəcək "mübahisəli razılaşma"ya dəstəyini geri çəkmişdi.
"The Times" qəzetinin məlumatına görə, ABŞ İrana zərbələr endirmək üçün "Dieqo Qarsiya"dakı bazalardan, eləcə də "Fairford" Hərbi Hava Qüvvələri bazasından istifadə etməyi planlaşdırırdı.
Oxşar xəbərlər
Kiyevdə dron hücumu zamanı azərbaycanlı həlak olub
Ukraynanın paytaxtı Kiyevdə dron hücumları zamanı azərbaycanlı həlak olub. BAKU.WS reporta istinadən xəbər verir ki, ölən şəxsin 71 yaşlı Ukrayna vətəndaşı Ək...