Tramp: Bayden 350 milyard dollar xərcləyib və Ukrayna münaqişəsində heç bir nəticə əldə etməyib

ABŞ Prezidenti Donald Tramp bildirib ki, eks prezident Co Baydenin administrasiyası Ukrayna münaqişəsində 350 milyard dollar xərcləyib və heç bir nəticə əldə etməyib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu amerikalı lider hazırda Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar üçün Alyaskaya yollandığı "Air Force One" təyyarəsində deyib.
Bu bəyanat Trampın "Truth Social" səhifəsində dərc olunub.
Onun sözlərinə görə, ötən həftə Ukraynada 7 mindən çox əsgər ölüb, bir şəhər isə 36 nəfərin ölümünə səbəb olan raket zərbəsinə məruz qalıb.
Tramp qeyd edib ki, onun əsas məqsədi qətliamları dayandırmaq və tezliklə atəşkəsə nail olmaqdır. O vurğulayıb ki, Avropa ölkələri və Ukrayna Prezidenti Zelenski prosesdə iştirak etsə də, atəşkəs qərarı Avropadan asılı deyil.
"Mən atəşkəsin tezliklə əldə olunmasını istəyirəm. Bunun bu gün baş verib-verməyəcəyini bilmirəm, amma olmasa, görüşdən razı qalmayacağam", - Tramp əlavə edib.
O həmçinin vurğulayıb ki, ABŞ NATO-ya silah tədarükündən pul qazanır, lakin onun üçün bu, əsas məsələ deyil.
"Biz pul qoymuruq, pul qazanırıq. Amma mən qətli dayandırmaq üçün bu işdəyəm. Mühüm amil Baydenin 350 milyard dollar xərcləməsi və heç nəyə nail olmaması idi", - Ağ Evin rəhbəri deyib.
Oxşar xəbərlər
Putin və Trampın görüşünün formatı dəyişdirilib
Putin və Trampın görüşü təkbətək deyil, nazirlərin iştirakı ilə "üçün üçə" formatında keçiriləcək. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Ağ Evin...
