Tramp: ABŞ-yə qeyri-qanuni miqrant axınının qarşısını almışıq
ABŞ Prezidenti Donald Tramp ölkəyə qeyri-qanuni miqrant axınının dayandırıldığını iddia edib və cinayət törədən qanunsuz miqrantların deportasiyasının davam etdiriləcəyini bildirib.
BAKU.WS xəbər verir ki, Tramp bu barədə Las-Veqasda keçirilən tədbirdə çıxışı zamanı danışıb.
O, vəzifəyə başladıqdan qısa müddət sonra ABŞ-nin cənub sərhədindən qeyri-qanuni miqrant axınının qarşısını aldıqlarını bildirib. Trampın sözlərinə görə, ölkə "işğal" təhlükəsi ilə üz-üzə idi və milyonlarla insan ABŞ-yƏ daxil olmağa çalışırdı.
ABŞ lideri son 15 ay ərzində ölkəyə bir nəfər də olsun qeyri-qanuni miqrantın daxil olmadığını iddia edib.
Tramp çıxışında qeyri-qanuni miqrasiyanın yaratdığı problemlərə də toxunaraq, İspaniyada baş verən son hadisələri nümunə göstərib. O, minlərlə miqrantın sərhədə axın etdiyini, yaşayış məntəqələrində iğtişaşlar və talanlar törətdiyini iddia edib.
Prezident, həmçinin ABŞ Miqrasiya və Gömrük Mühafizəsi Xidmətinin (ICE) həyata keçirdiyi saxlanılma və deportasiya əməliyyatlarını müdafiə edərək, hüquq-mühafizə orqanlarını dəstəkləməyə davam edəcəklərini vurğulayıb.
Oxşar xəbərlər
Sosial media fenomeninin köpəkbalığı hücumuna məruz qaldığı anlar
Braziliyalı sosial media fenomeni və vəkil Tayane Dalazen dalğıc turu zamanı köpəkbalığı hücuman məruz qalıb. BAKU.WS xəbər verir ki, uzunluğu 2 metrdən çox ol...