Tramp ABŞ-nin İranla müharibədə tam qələbə qazandığını elan edib
Amerika lideri Donald Tramp hesab edir ki, ABŞ İranla qarşıdurmada artıq tam qələbə qazanıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, Tramp bu barədə "Fox News" telekanalının canlı yayımında bildirib.
"Biz artıq qələbə qazanmışıq. Hərbi baxımdan bu müharibədə tamamilə qalib gəlmişik", - Vaşinqton administrasiyasının rəhbəri ABŞ-İsrail birgə əməliyyatından danışarkən qeyd edib.
Bundan əlavə, Amerika lideri İranın enerji sektoru obyektlərinə zərbələrin endirilməsinin 10 gün müddətinə dayandırılması barədə qərarını bir daha təsdiqləyib.
"Onlar maraqlandılar: "Bu, atoma [Buşehrdəki elektrik stansiyasına] da şamil edilirmi? Axı məlum olduğu kimi, onların atomu [elektrik stansiyası] var", - deyə Tramp təfərrüatları açıqlamadan bildirib. Bununla yanaşı, prezident əlavə edib ki, İran tərəfi guya "yeddi gün istəyib", o isə "İrana 10 gün verməyə" razılaşıb.
Xatırladaq ki, ABŞ və İsrailin 28 fevralda İrana qarşı birgə əməliyyat başlatmasından qısa müddət sonra İsrail Müdafiə Qüvvələri ilə "Hizbullah" arasında silahlı qarşıdurma yenidən başladı. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən hərbi bazalarına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti bağlayıb. Həmin gün İranın ali dini rəhbəri Əli Xamenei ABŞ və İsrailin hücumları nəticəsində öldürülüb.
Daha əvvəl ABŞ-nin Yaxın Şərq münaqişəsinə son qoymaq üçün İran hakimiyyətinə 15 maddəlik plan göndərdiyi bildirilib.
Oxşar xəbərlər
WSJ: Pentaqon Yaxın Şərqə daha 10 min hərbçi göndərə bilər
ABŞ Müharibə Nazirliyi İranla qarşıdurmanın potensial eskalasiyası halı üçün Yaxın Şərqə daha 10 minədək hərbi qulluqçunun göndərilməsi imkanını nəzərdən keçiri...