Toy zamanı PARTLAYIŞ - Gəlin və bəy xəsarət aldı
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyanın Moskva vilayətində yeni evlənənlər və qonaqlar toy mərasimində baş verən pirotexniki partlayış nəticəsində yanıq xəsarətləri alıblar.
BAKU.WS xəbər verir ki, bu barədə "SHOT" "Telegram" kanalı məlumat yayıb.
Bildirilib ki, hadisə Dolqoprudnı şəhərində toy zamanı pirotexniki vasitənin düzgün işləməməsi nəticəsində baş verib. Planlaşdırılan atəşfəşanlıq əvəzinə partlayış olub, alovlar mərasim iştirakçılarına dəyib. Nəticədə yeni evlənənlər və qonaqlar yanıq xəsarətləri alıb.
Zərərçəkənlər baş verənlərlə bağlı pirotexniki vasitələr üzrə mütəxəssisi günahlandırıb. Bildirilib ki, həmin şəxslər mərasimə saat yarım gecikib, texnikanı tələsik quraşdırıblar.
Oxşar xəbərlər
İqlim dəyişikliyi qlobal sağlamlıq böhranına çevrilir: Hər il yüz minlərlə insan ölür
İqlim dəyişikliyinin insan sağlamlığına mənfi təsirləri sürətlə artır. 2026-cı il "Lancet Geri Sayım" hesabatında ekstremal istilərin və quraqlığın yaratdığı tə...