Tokioda qatarda kimyəvi maddə panikası: yaralananlar var
Tokionun ətrafında yerləşən Kavasaki stansiyası yaxınlığında qatarda naməlum kimyəvi maddənin püskürdülməsi nəticəsində 13-dən çox nəfər xəsarət alıb.
BAKU.WS xəbər verir ki, hadisə zamanı sərnişinlərin vəziyyəti qəfil pisləşib. Onlarda güclü öskürək, nəfəsalma çətinliyi və göz yaşarması müşahidə olunub.
Hadisə yerinə 20-dən çox təcili tibbi yardım briqadası cəlb edilib. Yaralananlardan üç nəfərin xəstəxanaya yerləşdirildiyi bildirilib.
Hazırda stansiyada xüsusi xidmət orqanlarının əməkdaşları işləyir. Təhlükəsizlik məqsədilə metro xətlərindən birində hərəkət müvəqqəti dayandırılıb.
Kimyəvi maddəni püskürtdüyü ehtimal olunan şəxsin axtarışı davam edir.
Oxşar xəbərlər
Şahbaz Şərif: ABŞ və İran sülh sazişinin mətnini yekun olaraq razılaşdırıblar
ABŞ və İran münaqişənin dayandırılmasına dair sazişin yekun mətnini razılaşdırıblar, rəsmi İslamabad isə hazırda onun imzalanması prosedurunu başa çatdırmaq üçü...