TikTok-un bağlanmasına əsəbiləşdi, binanı yandırdı
ABŞ-nin Viskonsin ştatında 19 yaşlı gənc TikTok-un qadağan edilməsini nəzərdə tutan qanun layihəsinə etiraz olaraq bir binanı yandırıb.
BAKU.WS trt haber-ə istinadən xəbər verir ki, Fond Du Lak bölgəsində yerləşən ofislərin birində baş verən hadisə ilə bağlı polis açıqlama yayıb.
Məlumatda Respublikaçılar Partiyasından olan Konqres üzvü Qlenn Qrotmanın adına icarəyə götürülmüş ofisin yerləşdiyi binanın yandırıldığı və hadisəni törədən şəxsin saxlanıldığı bildirilib.
Hadisə zamanı binada heç kimin olmadığı və yanğının dərhal söndürüldüyü qeyd edilib. Şübhəli şəxs ifadəsində TikTok-un qadağan edilməsi ilə bağlı müzakirələrə etiraz olaraq bu addımı atdığını deyib.
Qeyd edək ki, TikTok ABŞ-da bir yerli şirkətə satılmadığı təqdirdə tamamilə qadağan ediləcəyini nəzərdə tutan qanun çərçivəsində bir müddət ölkədə əlçatmaz olub. Bununla yanaşı, CapCut tətbiqi də istifadəyə qadağan edilmişdi.
Oxşar xəbərlər
Mahsun Kırmızıgül yanan Kartalkaya turizm mərkəzində istirahət edirmiş
Məşhur müğənni Mahsun Kırmızıgül həyatının şokunu yaşayıb. BAKU.WS xəbər verir ki, 8 yaşlı qızı Laivinlə istirahətə gedən sənətçinin qaldığı otelin yanındakı b...