"TikTok"er vanna otağında çimərkən ölüb
Rusiyada qadın qaynar su ilə dolu vannada ölü tapılıb.
BAKU.WS Rusiya mətbuatına istinadən xəbər verir ki,
Rusiya Federasiyası İstintaq Komitəsinin Krasnoyarsk diyarı və Xakasiya üzrə Baş İstintaq İdarəsi bildirib ki, prosessual istintaq başlayıb.
Regional media və sosial şəbəkələr yerli rep sənətçisi və TikTokerin vanna otağında termik yanıqlardan öldüyünü bildirir.
"İstintaq orqanlarına Açinsk şəhərindəki mənzildə yüksək temperaturun təsiri nəticəsində termiki yanıq xəsarəti almış 32 yaşlı qadının meyitinin aşkarlanması barədə məlumat daxil olub, başqa heç bir gözəgörünməz bədən xəsarəti aşkar edilməyib", - Rusiya Federasiyası İstintaq Komitəsinin bölgə üzrə Baş İstintaq İdarəsinin açıqlamasında qeyd olunub.
İstintaq Komitəsinin məlumatına görə, qadının ölümünün dəqiq səbəbini müəyyən etmək üçün məhkəmə-tibbi ekspertizası aparılır.
Oxşar xəbərlər
YENİ KƏŞF: Bu planetin cənubu şimalından 400 dərəcə daha istidir
Aparılan son araşdırmalar nəticəsində Marsın (Qırmızı planetin) cənub yarımkürəsindəki dağlıq ərazilərin altında yerləşən mantiyanın şimal bölgəsinə nisbətən 20...