Tibetdə zəlzələdən sonra 515 təkan qeydə alınıb

Tibetdə zəlzələdən sonra 515 təkan qeydə alınıb
Dünya 25

Çin seysmoloqları Tibetdə baş vermiş güclü zəlzələdən sonra son 24 saat ərzində 515 afterşok qeydə alıblar.

BAKU.WS xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bu təkanların 95%-i 3.0 baldan aşağı maqnituda ilə müşahidə olunub. Ən güclü təkanın maqnitudası isə 4.4 olub.

Qeyd edək ki, yanvarın 7-də ABŞ Geoloji Xidməti Tibetdə 7.1 bal gücündə zəlzələ baş verdiyini bildirib. Zəlzələnin episentri Şigatse şəhərindən 163 km cənub-qərbdə, 10 km dərinlikdə yerləşib. Şəhərin təxminən 80 min əhalisi var.

Zəlzələ nəticəsində çoxsaylı yaşayış binaları və infrastruktur dağılıb. Hazırda 400-dən çox hərbi qulluqçu axtarış-xilasetmə işlərində iştirak edir və insanlar fəlakət zonasından təxliyə edilib. Çin Xinhua agentliyinin son məlumatına görə, zəlzələ nəticəsində ölənlərin sayı 126-ya çatıb, 188 nəfər isə yaralanıb.

Son xəbərlər