Təyyarədə mühərrik qopdu: Sərnişinin başı pəncərədən çölə çıxdı
Yeniliklərdən dərhal xəbərdar olun
Selanikdən Memmingenə uçan "Ryanair"ə məxsus sərnişin təyyarəsində mühərrikin pərinin qopması ciddi təhlükəyə səbəb olub.
BAKU.WS xarici mediaya istinadən xəbər verir ki, ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurasının ilkin hesabatına görə, mühərrikdən qopan hissələr təyyarənin pəncərəsini sındırıb. Təzyiq itkisi nəticəsində serbiyalı sərnişin Lübisa Karoviçin başı və sağ çiyni pəncərədən çölə çəkilib.
Ağır xəsarət alan sərnişini həyat yoldaşı və digər iki sərnişin ayaqlarından tutaraq təyyarənin daxilində saxlaya bilib.
Hadisədən sonra ekipaj təcili vəziyyət elan edib və təyyarə qalxdığı Selanik Beynəlxalq Hava Limanına təhlükəsiz şəkildə enib.
İlkin məlumata görə, mühərrik may ayında ultrasəs müayinəsindən keçirilib və heç bir nasazlıq aşkarlanmayıb.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...