Teylor Sviftdən 5 milyon dollarlıq yardım
12
okt
2024
14:30
Məşhur müğənni Teylor Svift xeyirxah addımı ilə diqqət çəkib.
BAKU.WS xəbər verir ki, sənətçi ABŞ-də həyatı iflic edən "Milton" qasırğası qurbanlarına 5 milyon dollar yardım edib.
"Feeding America" popçunun yardım etdiyini rəsmi olaraq təsdiqləyib.
Açıqlamada bildirilib ki, ianə dağılan evlərin yenidən qurulmasına və bərpasına, o cümlədən qasırğadan zərər çəkmiş insanların əsas qida, təmiz su və avadanlıqlarla təminatına xərclənəcək.
"Feeding America"nın əməkdaşı məşhurlara səslənərək "Bacarsanız, siz də Taylora qoşulun" sözlərini söyləyib.
Oxşar xəbərlər
Tramp: İranla müharibənin uzanması iqtisadi böhrana səbəb ola bilər
ABŞ Prezidenti Donald Tramp G7 sammitindən sonra keçirdiyi mətbuat konfransında İranla hərbi qarşıdurmanın davam etməsinin ciddi iqtisadi nəticələr doğura biləc...