Texasda təyyarə qəzasında beş nəfər ölüb
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün gecə saatlarında Ostin (Texas ştatı, ABŞ) yaxınlığında kiçik "Cessna 421C" təyyarəsinin qəzaya uğraması nəticəsində beş nəfər ölüb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə mayın 1-də yerli hakimiyyət orqanları bildirib.
Milli Nəqliyyat Təhlükəsizliyi Şurasının və Federal Mülki Aviasiya İdarəsinin məlumatına görə, qəzanın başvermə səbəbi araşdırılır.
Fövqəladə hallar xidmətləri hadisə yerinə gediblər. İlkin məlumatlara görə, təyyarə yüksək sürətlə hərəkət edib.
Həmçinin qeyd edilib ki, təxminən eyni vaxtda həmin ərazidə olan ikinci təyyarə Nyu-Braunfelsdə təhlükəsiz şəkildə eniş edib.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...