Təqüdçü qadın ərinin mirasını ələ keçirmək üçün killer tutdu
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyanın paytaxtı Moskvanın 69 yaşlı sakini ərini öldürmək üçün killer tutmağa qərar verib. Qadın bu yolla mirasa sahib olmağı planlaşdırıb.
BAKU.WS xəbər verir ki, bu barədə Moskva Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.
Məlum olub ki, ər-arvad boşanma ərəfəsində olub. Mülkün yarısını ərinə verməmək üçün qadın onu aradan götürmək qərarına gəlib.
O, kirayə killer taparaq ərini zəhərləməsini sifariş edib. Lakin killer hüquq-mühafizə orqanlarına müraciət edib. Əməliyyatçılarla əməkdaşlıq edən killer qadından sifariş üçün bir milyon rubl avans alıb. Daha sonra polis kişinin ölümünü səhnələşdirib. Bundan sonra qadın killerə əlavə dörd milyon rubl ödəyib.
Məhz pulun verilməsi zamanı o, hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Hazırda qadın barəsində adam öldürməyə cəhd maddəsi ilə cinayət işi açılıb.
Oxşar xəbərlər
İqlim dəyişikliyi qlobal sağlamlıq böhranına çevrilir: Hər il yüz minlərlə insan ölür
İqlim dəyişikliyinin insan sağlamlığına mənfi təsirləri sürətlə artır. 2026-cı il "Lancet Geri Sayım" hesabatında ekstremal istilərin və quraqlığın yaratdığı tə...