Teomanın onu qucaqlamaq istəyən fanatına cavabı gündəm oldu
Məşhur müğənni Teomanın fanatı ilə yaşadığı səmimiyyət sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
BAKU.WS xəbər verir ki, sənətçi konsertlərdindən birində mahnısını bitirdikdən sonra pərəstişkarı ona alışqan verib. Sənətçi fanatının bu hədiyyəsindən imtina etmədən alıb.
Bundan sonra fanatı Teomanı qucaqlamaq istədiyini bildirib. Lakin ifaçı onun istəyinə qarşılıq "Böyüyəndə" cavabını verib. Müğənni ilə pərəstişkarı arasında yaşanan dialoq sosial mediada böyük əks-səda doğuraraq birmənalı qarışılanmayıb.
Teomanın "Böyüdükdə" cavabı bəzi insanlar tərəfindən təcavüz olaraq şərh edilsə də, bir çox insan bu fikrə qarşı çıxıb. Müzakirələrdə həm sənətçinin niyyətini şübhə altına alan, həm də pərəstişkarlarının hüquqlarını müdafiə edən mesajlarla yer alıb.
Bəzi istifadəçilər Teomanın cavabını tənqid edərkən, digərləri isə sənətçinin yumordan istifadə etdiyini deyərək onu müdafiə ediblər.
Oxşar xəbərlər
Türkiyə ilə Livan arasında ikitərəfli münasibətlər müzakirə ediləcək
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyulun 10-da İstanbulda Livanın Baş naziri Nəvaf Salamı qəbul edəcək. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu bar...