Tələ-kameraya naməlum canlı varlıq düşdü, alimlər görüntünü araşdırır
Yeniliklərdən dərhal xəbərdar olun
Krasnoyarsk vilayətində "Tungus" qoruğunda naməlum canlı görüntülənib.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, təbiət zonasının rəhbərliyi tapıntı haqqında "VKontakte" səhifəsində məlumat yayıb.
Canlını əvvəlcə nəzərdən keçirən mütəxəssislər daha sonra onun dovşan olacağını ehtimal ediblər.
Görüntülərdə canlı bir varlıq var. O, kadrda sürətlə qaçır. Videonu on dəfə yavaşlatdılar, amma bu da onu müəyyən etməyə kömək edə bilməyib.
Videoda canlının böyük quyruğu görünmür.
"Tungus" qoruğunun mütəxəssisləri şəbəkə istifadəçilərini bu canlını müzakirə etməyə çağırıblar.
Oxşar xəbərlər
İqlim dəyişikliyi qlobal sağlamlıq böhranına çevrilir: Hər il yüz minlərlə insan ölür
İqlim dəyişikliyinin insan sağlamlığına mənfi təsirləri sürətlə artır. 2026-cı il "Lancet Geri Sayım" hesabatında ekstremal istilərin və quraqlığın yaratdığı tə...