Təl-Əvivə uçan təyyarənin sərnişini: "Bombardmanı pəncərədən gördük"
02
okt
2024
10:07
Soçi - Təl-Əviv reysi ilə uçan sərnişin İsrailə yaxınlaşarkən pəncərədən İranın bombardmanını görüb.
BAKU.WS xəbər verir ki, o, bu barədə REN TV-yə açıqlamasında bildirib.
"Biz düşünürdük ki, əgər partlayışlar hava limanından uzaqda olsa, yenə də oturacağıq" dedi qadın.
Lakin sonda təyyarə Misirdəki alternativ aerodroma, yanacaq doldurduqdan sonra isə yenidən Soçiyə gedib.
Digər sərnişin isə öz növbəsində İsrailin Ben Qurion hava limanının uçuşları qəbul etdiyinə dair məlumatlara baxmayaraq, reysin öz uçuş yerinə qayıtmasından qəzəblənib.
Oxşar xəbərlər
Husilər Səudiyyə Ərəbistanındakı "Saudi Aramco" obyektlərinə zərbə endirdiklərini iddia ediblər
Yəməndəki "Ənsar Allah" hərəkatının husiləri Səudiyyə Ərəbistanının dövlət neft-qaz şirkəti "Saudi Aramco"nun Ər-Riyad və Xurays şəhərlərində yerləşən obyektlər...